“Ayrılanda ən çox əziyyəti qadınlar çəkir”

ayrilanda-en-cox-eziyyeti-qadinlar-cekir
Oxunma sayı: 4121

“Xanımlar ürəklə yox, ağılla sevsinlər. Ürəklə sevən qadın hər zaman umur. Xanımlarda belə bir xüsusiyyət var. Sevəndə elə bilirsən ki, o sənin həyatından getməz. Amma, qəlbi sınanda elə gedər ki, sənin həyatından… Düşünürsən ki, belə biri həyatımda olub, ya yox”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı “10-dan sonra” proqramında qonaq olarkən deyib.  Sənətçi qeyd edib ki, ayrılıqlarda ən çox qadınlar əziyyət çəkir:

“Düşünərsən ki, belə biri həyatımda olub, ya yox! Qadınların 99 faizi ürəyi ilə sevir. Kimə xoş sözlər desən, ona xoş gələr, ürəyinə yatar.  Xanım incə məxluqdur. Sevilmək, diqqət, xoş sözlər bəs edər.  Düşünürəm ki, bəylə ayrılanda ən çox əziyyəti elə qadınlar çəkər”.