Aysel bu fotoyla Pərvinə acıq verdi

aysel-bu-fotoyla-pervine-aciq-verdi
Oxunma sayı: 3864

Aktrisa Pərvin Abıyeva və “Maşın” şoudan ayrılan aparıcı Aysel Nazim arasında yaranan qalmaqal səngimək bilmir. “Qafqazinfo” xəbər verir ki, ötən həftə Pərvinin instaqramda rəfiqəsi və həmkarı Nərgiz Əliyevaya Ayseldən uzaq durması barədə göstəriş verməsinə qarşı tərəf cavab verib. 

Aysel “Maşın”dan sonra sosial şəbəkədə Nərgizlə şəklini paylaşaraq Pərvinə acıq verib:“Aramıza girmək istədi, amma fəsatlığı özünə qaldı. Nərgizlə dostluğumuz verilişdə daha da möhkəmləndi. Mənə söz atıb gündəmə gəlmək lazımd deyil. Qara qız, işinlə, sənətinlə gündəmdə qal. Əgər o da yoxdursa, onda canım, başqa qapıya…Məndən nə istəyirsən? Yetər”. 

Xatırladaq ki, bir müddət bundan əvvəl Aysellə Pərvinin böyük qalmaqalı yaranmışdı. Pərvinin “Türkiyədə tanınan yeganə azərbaycanlı aktrisayam” ifadəsi  qarşı tərəfi özündən çıxarmışdı.