Aysel mavi xalçada geyimi ilə diqqət çəkdi - Fotolar

aysel-mavi-xalcada-geyimi-ile-diqqet-cekdi
Oxunma sayı: 6092

Xəbər verdiyimiz kimi, ötən gün Lissabonda “Eurovision” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi baş tutub. “Qafqazinfo”nun məlumatına görə, 42 ölkə təmsilçisi İncəsənət, Memarlıq və Texnologiya Muzeyində təşkil olunan gecədə iştirak ediblər. 

Mavi xalça üzərində Azərbaycan təmsilçisi Aysel Məmmədova xüsusi diqqət çəkib.  Onun etnik çalarlı transparan geyimini tanınmış modelyer Səbinə Hüseyn hazırlayıb. 

Aysel xarici fotoqrafların qarşısına keçərək şəkillər çəkdirib, müsabiqə barədə KİV-lərlə söhbət edib.