Aysel rusiyalı ifaçı ilə eşq yaşayır? - Video + Foto

aysel-rusiyali-ifaci-ile-esq-yasayir
Oxunma sayı: 6033

Rusiyanın “Komsomolskaya pravda” nəşri Azərbaycan müğənnisi AISEL (Aysel Məmmədova) ilə rusiyalı həmkarı Danil Buranov arasında ehtimal olunan eşq münasibətləri haqda  ““Yeni dalğa”nın məhəbbət üçbucağı: Azərbaycan gözəli rusiyalı Buranovu özünə heyran qoydu” adlı məqalə yayımlayıb.

“Öz sevgilisi və Azərbaycandan olan iştirakçı arasında qalan oğlan (Danil Buranov-red.) məhəbbət üçbucağına düşüb. Buranovun sevgilisi, rejissorluq fakültəsinin tələbəsi İrina artisti qaynar gözəl - AISEL-ə qısqanıb”, - məqaladə yazılıb.  

Məsələyə aydınlıq gətirən Danil Aysellə dost olduqlarını bildirib:

“AISEL-lə aramızda eşq münasibəti olması haqda şayiələr yayılıb, amma mən buna aydınlıq gətirmək istəyirəm. Əslində bizi tez-tez bərabər görürlər, biz çox ünsiyyətdə oluruq, bərabər müsahibə veririk, qırmızı xalıya daim bərabər çıxırıq... Hər dəfə biz öz aramızda qızğın söhbət edəndə, mətn, musiqi fikirləşəndə və ya sadəcə musiqi haqda danışanda, bu, kənardan təbii ki, tamamilə başqa cür görünür. Öz sevgilimin yerində mən də olsaydım, gərginləşərdim və tərəddüd edərdim”.

Xatırladaq ki, avqustun sonlarında Soçidə keçirilən “Yeni dalğa”da AISEL 234 xalla 8-ci yerdə qərarlaşıb.