Aysel Türkiyə şou-biznesinə qatıldı

aysel-turkiye-sou-biznesine-qatildi
Oxunma sayı: 2898

Müğənni Aysel Əlizadə fenomenə çevrilən “Yandırdın qəlbimi” adlı mahnısına klip çəkdirib.  “Qafqazinfo” xəbər verir ki, Aysel klipi üçün bir neçə obrazda kamera qarşısına keçib. Ekran işi üzərində Türkiyədə fəaliyyət göstərən komanda çalışıb. 

Bununla da, sənətçi Türkiyə şou-biznesinə daxil olub.  Həmçinin müğənni  “SOS” musiqi şirkəti ilə müqavilə bağlayıb, tanınmış prodüser Gökay Te ilə çalışmağa başlayıb. 

Aysel həm Azərbaycanda, həm də Türkiyədə fəaliyyət göstərəcək.  “Yandırdı qəlbimi” adlı klip isə Kral TV daxil olmaqla Türkiyənin bir çox musiqi kanallarında yayımlanacaq. 

Xatırladaq ki, Ayselin ifası ən çox dinlənilən mahnılar siyahısına daxil olub və “Youtube”də 32 milyon baxış toplayıb.