Ayseldən 30 minlik klip - Video

ayselden-30-minlik-klip-video
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, ötən ilin oktyabrında türkiyəli rejissor Teoman tərəfindən İstanbulda görüntülənən ekran işi cəmi bir sutkaya ərsəyə gəlib.

Musiqisi İlkin Həsənə, sözləri Oqtay Kamilə məxsus mahnıya vizual həyat vermək Ayselə 30 min ABŞ dollarına başa gəlib.

Təqdimat mərasimində şou əhli Ayseli tək buraxmayıb. Tədbirə qatılan qonaqlar arasında əməkdar artist Lalə Məmmədova, müğənnilər Sevda Yahyayeva, Günay İbrahimli, Xatun, Emil Bədəlov, Elnur Məmmədov, Natavan Həbibi, Vasif Məhərəmli, Sevinc, Əbdül Xalid, Zarina Məmmədova, prodüsserlər Tarix Əliyev (Tolik), Təranə Səmədova, rəqqasələr Fatimə, Aytən və başqaları olub.