Ayseldən “Eurovision”la bağlı ilk açıqlama

ayselden-eurovisionla-bagli-ilk-aciqlama
Oxunma sayı: 3008

Azərbaycanın Eurovision təmsilçisi Aysel Məmmədova yarışmada finala keçə bilməməsi haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni sosial şəbəkədə bu haqda yazıb: “Əziz dostlar.

Bütün xoş sözləriniz üçün çox təşəkkür edirəm. Əlbətdə ki, hamınız üçün  böyük bir sürpriz oldu, bir neçə aydır biz çox çalışdıq və bütün ruhumuzu bu işə qoyduq. Təəssüf ki, Eurovision alqoritmini əvvəlcədən  təxmin etmək çətindir. Bir günə qədər bizimlə olan hər kəsə, bu layihədə işləyən hər kəsə, hətta ən kiçik hissəyə də əməyi olanlara təşəkkür edirəm. Mən böyük təcrübə qazandım. İstedadlı musiqiçilərlə tanış oldum.

Mənim üçün bir musiqiçi olaraq əsas və ən önəmli məqam ölkəmi layiqincə təmsil etmək idi.

Biz bunu etdik, amma vəziyyətin gedişinə təsir etmək mənim gücümdən kənar idi.

Ən son olaraq, həqiqətən, həqiqətən də “Baş verən hər şey yaxşılığa olur” həqiqətinin olduğunu vurğulamaq istəyirəm”.