Ayselin Azərbaycan dilindəki mahnısı sonuncu oldu

ayselin-azerbaycan-dilindeki-mahnisi-sonuncu-oldu
Oxunma sayı: 2795

Bu il Azərbaycanı “Eurovision”da təmsil edəcək Aysel Məmmədovanın (Aisel) Azərbaycan dilində olan mahnısı ən az səs toplayıb. “Qafqazinfo” xəbər verir ki, sorğu Avropanın 31 ölkəsində olan 300 nəfər arasında keçirilib. 

Səsvermədə Aysel üçün təqdim olunan 3 mahnıdan (milli, pop və caz)  Azərbaycan dilində etnik çalarların olduğu bəstə az bal toplayıb. 

Sənətçinin çalışdığı “DreamTeam” şirkəti “INFE Azerbaijan”a sənətçinin ifa edəcəyi mahnı ilə bağlı açıqlama verib:

“Bizə görə mahnının janrı önəmli deyil, önəmli olan pis və ya yaxşı mahnı olmasıdır və Aiselin mahnısı çox yaxşıdır. O bizdən yaxşı mahnılar istədi. Gənc ifaçı bizə demədi ki, mən pop, caz və etnik mahnı oxuya bilmərəm. Biz bu üç janırda tapıla biləcək ən yaxşı mahnıları Aiselə təqdim etdik”. 

Qeyd edək ki, "Eurovision" üçün hazırlanan mahnı və klip martın 4-də təqdim olunacaq.