Rəqsanə İsmayılovanın müğənni qızı Aysun İsmayılova yeni fotosessiya etdirib. “Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl “Düşmənlər” adlı yeni klipini təqdim edən gənc ifaçı maraqlı obrazda kamera qarşısına keçib.
Onun şəkillərini fotoqraf Azər lentə alıb. Aysun qara dekolteli geyimdə bütün diqqəti öz üzərinə çəkməyi bacarıb. Belə ki, onun şəkilləri instaqram səhifələrində paylaşılıb, müzakirə mövzusuna çevrilib.