Ayxan Abbasov istefa verdi

ayxan-abbasov-istefa-verdi
Oxunma sayı: 2861

Topaz Premyer Liqasında yeni mövsümün ilk baş məşqçi istefası gerçəkləşib. “Qafqazinfo” xəbər verir ki, Ayxan Abbasov öz istəyi ilə “Zirə”dən ayrılıb.

Klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib. Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib. 

Kluba Avropa Liqasına vəsiqə qazandıran və bu yarışda mərhələ adlamasına nail olan Abbasova “Zirə”nin inikşafındakı xidmətləri qarşılığında minnətdarlıq edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.