Ayxan Abbasov “Sumqayıt”da

ayxan-abbasov-sumqayitda
Oxunma sayı: 2025

Bir neçə gün əvvəl Nazim Süleymanovla yollarını ayıran “Sumqayıt”ın yeni baş məşqçisi məlum olub.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, “kimyaçılar”ın baş məşqçi postu Ayxan Abbasova tapşırılıb. Onunla 1,5 illik müqavilə imzalanıb.

Ayxan Abbasovun Premyer Liqada çalışdırdığı sonuncu komanda “Zirə” olmuşdu.

"Sumqayıt" hazırda Premyer Liqada 11 turdan sonra 11 xalla 6-cı pillədə qərarlaşıb.