Ayxan Abbasova 4, Samir Abasova 1 oyunluq cəza

Ayxan Abbasova 4, Samir Abasova 1 oyunluq cəza
Oxunma sayı: 376

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qəbələ” – “Neftçi” matçının 68-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Oyunun 71-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

“Keşlə” – “Sumqayıt” matçının 80-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

Topaz Premyer Liqasının 23-cü turu ilə bağlı da cəzalar müəyyənləşib.

 “Sumqayıt” – “Keşlə” matçının 81-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Qəbələ” – “Səbail” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Kəpəz” - “Qarabağ” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 37-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Zirə” - “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 51-ci dəqiqəsində “Zirə”nin futbolçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Zirə”nin baş məşqçisi Ayxan Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub. İntizam Komitəsinin 21 fevral 2018-ci il 25 №-li protokoluna əsasən Ayxan Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilmiş və ona 6 ay sınaq müddəti verilmişdi. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi