Ayxan Ayvazın kitabı çap olundu

ayxan-ayvazin-kitabi-cap-olundu
Oxunma sayı: 674

Yazar Ayxan Ayvazın hekayələr kitabı çap olunub.

“Qafqazinfo”nun məlumatına görə, “Qanun” nəşriyyatında çap olunan “Buri” adlı kitabda onun müxtəlif mövzularda qələmə aldığı 10 hekayə toplanıb.
 
Yaxın günlərdə kitabın təqdimat mərasimi və imza günü keçiriləcək.
 
Xatırladaq ki, “Buri” yazarın ilk hekayələr kitabıdır. Bundan əvvəl bir roman və bir tərcümə kitabı işıq üzü görüb.