Az qala batacaqdılar

az-qala-batacaqdilar
Oxunma sayı: 790

Bakıda dənizdə batan 2 nəfər xilas edilib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
 
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb. Əməliyyat saat 19:11-də başa çatıb.