Az qala batacaqdılar...

az-qala-batacaqdilar
Oxunma sayı: 647

Bakıda iki nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.
 
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.