Az qala hovuzda boğulacaqdı... - Fotolar

az-qala-hovuzda-bogulacaqdi
Oxunma sayı: 2833

Star TV-də yayımlanan “Ufak tefek cinayetler” serialında rol alan Gökçe Bahadırın çəkiliş meydançasında başına iş gəlib. 

“Qafqazinfo” xəbər verir ki, aktrisanı ssenariyə uyğun olaraq həmkarı Bade İşçil hovuza atıb. Soyuq havada suya girən Bahadurun xəstələnməməyi üçün tədbirlər görülüb. Onun hovuzda 6-7 saniyə hərəkətsiz qalması serial əməkdaşlarını təşvişə salıb və aktrisanı xilas etmək istəyiblər.

Gökçe “Su çox soyuq idi, şok yaşadım. 6-7 saniyə suyun dibində qalmışam. Dostlarımız narahat olublar, az qala arxamca hovuza tullanacaqdılar” deyə bildirib. 

Qeyd edək ki, sözügedən çətin səhnələr bir dubla lentə alınıb.