Azad Rəhimov Avropa Şurasında

azad-rehimov-avropa-surasinda
Oxunma sayı: 642

Serbiyanın Belqrad şəhərində 15 mart tarixində Avropa Şurası İdman Nazirlərinin 12-ci Konfransına start veriləcək.

Konfransda Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimov təmsil edəcək.

Konfrans zamanı “Oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı idmanın təmizliyinin və bütövlüyünün qorunub saxlanılması”, “Ümumavropa idman əməkdaşlığının cari siyasi məsələləri ” və digər mövzular ətrafında müzakirələr aparılacaqdır.

Eyni zamanda konfrans çərçivəsində qonaqlar üçün idmanda ümum Avropa məkdaşlığına dair təqdimat (WADA, Avropa İttifaqı, UEFA ilə əməkdaşlıq) ediləcəkdir.

Qeyd edək ki, Avropa nazirlərinin əvvəlki konfransı Bakı şəhərində keçirilmişdir və prosedura görə Gənclər və İdman naziri Azad Rəhimov növbəti Konfransın həmsədirlərindən biridir.