Azad Rəhimov olimpiyanın qurbanı ola bilər

azad-rehimov-olimpiyanin-qurbani-ola-biler
Oxunma sayı: 3645


Doğrudur, Azad Rəhimov nurçu olması barədə iddiaları təkzib edib. Hətta nurçuluğun nə olduğunu bilmədiyini söyləyib. Amma oxşar bəyanatı Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovla, dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad Isgəndərov vermişdi. Onlar da nurçu olmadıqlarını, deyilənlərin birmənalı şəkildə iftira olduğunu bildirmişdilər. Buna baxmayaraq hər ikisi vəzifələrindən azad edildi. Digər tərəfdən Azad Rəhimov hazırda hakimiyyətdəki oliqarxların da hədəfindədir. 2015-ci ildə Azərbaycan Avropa Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək. Bu isə Azad Rəhimovun nəzarət elədiyi sahəyə milyonlarla manat vəsait investisiya qoyulacağı deməkdir. Oliqraxların məqsədi həmin pullara nəzarət etməkdir. Bu məqsədlə də Azad Rəhimovun “vurulması” üçün səylər göstərirlər. 

Hesablama Palatasının Gənclər və Idman Nazirliyində apardığı yoxlamaların ictimailəşməsi də bu kampaniyanın tərkib hissəsi hesab edilir. Məlumatda deyilir ki, Azad Rəhimov bunu bildiyindən məsələyə sərt reaksiya vermişdi. O da vurğulanır ki, gənclər və idman naziri barədə mətbuatda başqa kompramat tipli materialların yayımlanacağı gözlənilir.

Azadliq.info