“Azad Suriya Ordusu terror təşkilatı deyil”

azad-suriya-ordusu-terror-teskilati-deyil
Oxunma sayı: 1806

Azad Suriya Ordusu terror təşkilatı deyil, öz vətənlərini müdafiə edən, içərisində hər xislətdən, hər inancdan, etnik kökdən olan insanların toplaşdığı milli quruluşdur.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rəcəb Tayyip Ərdoğan partiyasının qrup toplantısında çıxışı zamanı deyib.

Türkiyə prezidenti ASO-ya terror təşkilatı deyən CHP-ni terrora açıq dəstək verməkdə günahlandırıb:

““Ölkəmizdəki suriyalılar niyə vətənlərini qorumaq üçün savaşa getmirlər” deyə fitnə yayırlar. Siz sadəcə sizə fısıldanılan yalanlarla hərəkət edirsiniz. Azad Suriya Ordusunun Fırat Qalxanı hərəkatında necə fədakarlıqla mübarizə apardığının şahidiyik. Bu günə qədər 614 şəhid verib. Zeytun budağı hərəkatında da 16 şəhid verməsinə baxmayaraq, mübarizəsini qəhrəmancasına davam etdirir.  CHP-nin başındakı şəxs “YPG terror təşkilatı deyil, vətənini qurtarmaq üçün təşkilatlanmış bir quruluşdur” deyir. Bu şəxs hazırda Afrin əməliyyatını aparan əsgərimizə atəş açan terror təşkilatını müdafiə edir”.