Azadlığa çıxan şahzadələrdən 106 milyard dollar alınacaq - Yenilənib

azadliga-cixan-sahzadelerden-106-milyard-dollar-alinacaq
Oxunma sayı: 2696

Səudiyyə Ərəbistanında adı korrupsiya qalmaqalında hallandığına görə saxlanılan şahzadələr və iş adamları azad edilib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, ötən ilin noyabrında Ər-Riyadda 5 ulduzlu “Ritz-Carlton” otelinə qapadılan şübhəlilər artıq məkanı tərk ediblər.  Bildirilir ki, otel fəaliyyətini fevralın 14-dən etibarən davam etdirəcək.

Xatırladaq ki, noyabrın 4-də korrupsiya əleyhinə keçirilən əməliyyatda 200 yüksək vəzifəli şəxs saxlanılmış, daha sonra onlardan 23-ü sərbəst buraxılmışdı.

***

S.Ərəbistanı hökumətinin şahzadələri sərbəst buraxmaq qarşılığında onlardan ümumilikdə 106 milyard dollar alacağı açıqlanıb.

Ölkənin Baş prokuror bildirib ki, bu məbləğ şahzadələrin mülkləri, şirkətlərindəki hissə payları və nağd pul şəklində alınacaq.

Məlumata görə, 56 nəfər hökumətlə uzlaşmaya getmədiyi üçün hələ də sərbəst buraxılmayıb.

Aysel Kərimova