“Azadlıq” 23 yaşında

azadliq-23-yasinda
Oxunma sayı: 651

Qəzetin ilk baş redaktoru mərhum Nəcəf Nəcəfov olub. Ondan sonra baş redaktor vəzifəsinə Qənimət Zahid, Gündüz Tahirli, Rövşən Hacıbəyli və yenidən Qənimət Zahid seçilib.

Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevriləndə qəzetin təsisçiliyindən kollektivin xeyrinə imtina edib, o vaxtdan təsisçi qəzetin kollektividir.

"Azadlıq" qəzeti ilk saylarından etibarən medianın dördüncü hakimiyyət funksiyasını həqiqətən də yerinə yetirməyə çalışıb. AXC-nin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə də bundan imtina etməyərək, tənqidçi mövqedə dayanıb.

1993-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verəndən və Əliyevlər hakimiyyətə gələndən sonra isə "Azadlıq" qəzetinə qarşı daim basqı siyasəti həyata keçirilib. Bu siyasət indiki ölkə başçısı İlham Əliyevin atasını prezident kürsüsündə əvəzlədiyi 2003-cü ildən sonra isə daha da şiddətlənib.

Bu illər ərzində qəzetin əməkdaşları dəfələrlə həbs olunub, təqibə məruz qalıb, döyülüb, bıçaqlanıb və s. 2006-cı ildə isə qəzet uzun müddət yerləşdiyi redaksiya binasından çıxarılıb.