“Azadlıq” azad olacaq?

azadliq-azad-olacaq
Oxunma sayı: 647

Ziyalılar Forumunun üzvü, tanınmış akademik Rafiq Əliyev, hüquqşünas Qurban Məmmədovdan sonra şair Rüstəm Behrudi də cəmiyyətə çağırış edib. Bu çağırışların nəticə verib-verməməsi ilə bağlı “Qafqazinfo” “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyevin münasibətini öyrənib.

“Azadlıq” qəzetinin bağlanması ilə bağlı məsələnin birmənalı olmadığını söyləyən R. Hacıyev bildirib ki, Azərbaycan nəşriyyatının işçilərindən bəziləri bizə müəyyən imtiyazlar verəcəklərini söyləyiblər: “Onlar qəzetin borcunu heç olmasa hissə-hissə ödəməsi şərtilə çapına icazə vermək fikrindədirlər”.

R. Hacıyev onu da qeyd edib ki, artıq bu təkcə “Azadlıq”in məsələsi olmaq konteksrindən çıxıb, ictimaiyyətin probleminə çevrilib: “Cəmiyyətdə azad sözün tərəfdarı olan insanlar əminik ki, sonadək yanımızda olacaqlar və biz bu çətin vəziyyətdən xilas olacağıq”.

Gülnar