Azadlıq Meydanı qaynayır

azadliq-meydani-qaynayir
Oxunma sayı: 637

“Qafqazinfo”nun azerimuslim.com saytına istinadən xəbərinə görə, paytaxt Qahirədəki Təhrir (Azadlıq) meydanındakı müxaliflər “Hərbi sistemə son!”, “Təntavi get!”, “Azadlıq istəyirik və Baradey – Baş nazir!” şüarlarını səsləndirirlər. Misirin yerli mətbuatında dərc olunan xəbərlərə görə, meydana axışan minlərlə insan hərbi hakimiyyətin iqtidardan getmədiyi müddətcə “Təhrir”i tərk etməyəcəklərini bəyan ediblər. Xəbərlərdə meydanda çadırlar quran müxaliflərin aralarında topladıqları pulla nümayişçilərin ehtiyaclarını ödəməyə çalışdıqları qeyd edilib.

Festival abı-havasında keçirilən nümayişlərdə solçuların və liberal qrupların daha fəal olduğu bildirilir. Xarici KİV nümayişlərin ölkənin ikinci böyük şəhəri olan İsgəndəriyyəyə də sıçradığını yazıb.

Misirin Ali Seçki Komitəsi keçirilməsi nəzərdə tutulan seçkilərin təxirə salınacağı təqdirdə belə seçkinin qanuni olmayacağını bəyan edib. AHŞ-nin seçkilərin vaxtında keçiriləcəyini açıqlamasına rəğmən ekspertlər bir neçə gün sonra keçirilməsi nəzərdə tutulan seçkilərin baş tutmayacağı qənaətindədirlər.