Azadlıq Meydanınıda dəhşət

azadliq-meydaninida-dehset
Oxunma sayı: 4247

Bakıda ağır yol qəzası baş verib. APA-nın hadisə yerinə olan əməkdaşının məlumatına görə, iyunun 9-da saat 23.30 radələrində “Mercedes Gelandwagen” markalı avtomobil Azadlıq meydanında 15-16 yaşlarında qızı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisə baş verən andan Azadlıq meydanı ətrafında böyük tıxac yaranıb. Yol polisinin əməkdaşları hadisə yerində iş aparır.

Hadisə yerində olan polislər APA-ya bildiriblər ki, qəzanı törədən sürücü artıq saxlanıb.