“Azadlıq”ı yenə su basdı

azadliqi-yene-su-basdi
Oxunma sayı: 644

Oktyabrın 14-də yağan yağış qəzetimizin redasiyasına yenə ciddi ziyan vurub. “Azadlıq”ın rəhbərliyinin redaksiyasının yerləşdiyi Azərbaycan Nəşriyyatının dam örtüyünün dəyişdirilməsi ilə bağlı dəfələrlə müraciətlərinə baxmayaraq hələ də təmir başlamayıb. Məhz bunun nəticəsidir ki, hər dəfə yağışdan sonra redaksiyanın otaqları gölməçəyə dönür. Sentyabrın 24-də olduğu kimi redaksiyanın otaqları su ilə dolub, kompüterlərlə bərabər bütün texniki sistemlər sıradan çıxıb, qəzetin əmlakına ciddi maddi ziyan dəyib./azadliq.info/