AZAL-ın qiymətləri niyə bahadır?- - Müqayisə...+Video

azal-in-qiymetleri-niye-bahadir-
Oxunma sayı: 4416


“Qafqazinfo”nun xəzər xəbər-ə istinadən məlumatına görə, gediş-gəliş olmaq üzrə Türkiyənin Antalya şəhərinə və Avropa ölkələrinə səfərlərdə isə qiymət fərqləri belədir. AZAL-ın və Gürcüstan hava yollarının saytında göstərilən rəqəmlərdə isə fərq daha böyükdür. Onlayn qaydada İyulun 15-də gediş, 25-də gəliş üzrə Bakıdan Antaliyaya və Tbilisidən Antaliyaya biletlərin qiymətlərini yoxladıq. 

AZAL-ın müştərilər üçün təklif etdiyi biletlərinin qiyməti 648 manat, Gürcüstan hava yollarının qiyməti isə 333 manatdır. Aradakı fərq 300 manatdan da çoxdur.

Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu yerlərdən biri olan Rusiyanın paytaxtı Moskva şəhəridir. AZAL-la Bakıdan uçanın biletə görə 473 manata, Tibilisidən getsəniz 277 manat ödəmək kifayətdir..

Digər bir ziddiyətli məqam isə Avropa şəhərləri ilə bağlıdır...Misal üçün İtalyanın Milan şəhəri Londonla müqayisədə Bakıya daha yaxındır. Londona gedən sərnişinlər   611 manat Milan gedən sərnişinlər isə 670 manat ödəməlidir.

Qiymətlərin baha olduğunu xarici ölkələrə təyyarə ilə gedən Azərbaycan vətəndaşları da təsdiqləyir. Qiymətlərin baha olmasına görə Azalın bir çox xarici reyslərini həyata keçirən təyyarəllərdəki doluluq 40, ən yaxşı halda 50 faiz olur. Yəni 50-60-faiz yerlər üçün isə bilet satışı həyata keçirilimir. Turizmin ən qızğın vaxtında bir aviaşirkət üçün bu ən yaxşı ehtimalla  bir neçə ildən sonra dövlət büdcəsindən yenidən datasiya almaq deməkdir. 

Halbuki normal qiymət siyasəti həyata keçirilərsə   həm daha ucuza sərnişin daşımaq mümkündür həmdə daha çox qazanmaq.