AZAL-ın təyyarəsi Sankt-Peterburqa məcburi eniş etdi

azal-in-teyyaresi-sankt-peterburqa-mecburi-enis-etdi
Oxunma sayı: 3082

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gəncə-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi əlverişsiz hava səbəbindən Sankt-Peterburq şəhərindəki “Pulkovo” hava limanına məcburi eniş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AZAL-ın “Facebook” səhifəsində məlumat verilib.

Qeyd edilib ki, J2-830 reysi üzrə hərəkətdə olan təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək.