AZAL Tərlan Əhmədovla yolları ayırdı

azal-terlan-ehmedovla-yollari-ayirdi
Oxunma sayı: 641

Mayın 3-də rəsmən fəaliyyətini dayandıran və növbəti mövsümdən etibarən “Şüvəlan” adı altında ölkə çempionatının birinci divizionunda çıxış edəcək  AZAL  baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıb.

“Qafqazinfo” sport24.az-a istinadən xəbər verir ki, dünən klub rəhbərliyi  Tərlan Əhmədovla əməkdaşlıga son qoyulması ilə baglı qərar qəbul edib.  

Klub  rəhbərliyi ona işlədiyi dövr ərzində göstərdiyi  xidmətlərə görə minnətdarlıgını bildirərək qəbul olunmuş qərar haqda  Tərlan Əhmədovu məlumatlandırıb.
Qeyd edək ki, Tərlan Əhmədov 2014-cü ildən AZAL-ın "sükanı arxası"nda idi.