AZAL üç yeni istiqamətdə uçuşlara başlayacaq

azal-uc-yeni-istiqametde-ucuslara-baslayacaq
Oxunma sayı: 1837

“Azərbaycan Hava Yolları” yay uçuş cədvəli çərçivəsində marşrut şəbəkəsində üç yeni istiqamətə - Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərləri (iyunun 15-dən sentyabrın 1-dək), eləcə də Monteneqronun populyar kurortu olan Tivata (iyulun 5-dən sentyabrın 15-dək) birbaşa reyslər yerinə yetirəcək.

"Qafqazinfo" xəbər verir ki, reyslər “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.

Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.