AZALJET ləğv olundu

AZALJET ləğv olundu
Oxunma sayı: 2753

AZALJET aşağı büdcəli brendi tamamilə ləğv olunur. “Qafqazinfo” xəbər verir ki, aşağı büdcəli aviaşirkətin (Buta Airways lou-kosteri) işə salınması ilə əlaqədar olaraq 2017-ci il oktyabrın sonundan etibarən Azərbaycan Hava Yollarının (AZAL) tariflərində bir sıra dəyişikliklər olacaq.

Belə ki, AZALJET aşağı büdcəli brendi tamamilə ləğv olunur və baqajın daşınmasını nəzərdə tutmayan xüsusi endirimli tariflər də daxil olmaqla yeni tariflər tətbiq ediləcək. 

Qeyd edək ki, AZAL-ın bütün yeni tariflərinə əl yükü (10 kq) və təyyarə göyərtəsində tam çeşidli qidalanma (seçiminizə uyğun isti yemək, desertlər, salatlar, soyuq və isti içkilərin bütün növləri) daxil olacaq.

Günel Hacı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi