Azarkeşi təpikləyən qapıçı haqda qərar verildi

azarkesi-tepikleyen-qapici-haqda-qerar-verildi
Oxunma sayı: 646

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, qapıçının ona hücum edən azarkeşə qarşı özünü müdafiə etdiyi və ona vurduğu zərbələrin ani refleks olması bildirilib. Bu səbəbdən qapıçıya göstərilən qırmızı vərəqə qüvvədən düşüb. Oyunun nəticəsi ilə bağlı isə hələ qərar verilməyib.

Qeyd edək ki, Hollandiya kubokunun “Ayaks” – “Alkmaar” qarşılaşmasının 38-ci dəqiqəsində meydana daxil olan azarkeş “Alkmaar”ın qapıçısına hücum çəkmişdi. Azarkeşi təpikləyən kosta-rikalı qapıçı qırmızı vərəqə ilə cəzalandırıldığı üçün “Alkmaar”ın baş məşqçisi komandasını meydandan çıxarmış və oyun yarımçıq dayandırılmışdı.

Ceyhun Əhmədov