Azarkeşlər klubun bazasına hücum etdi - Futbolçunun başı yarıldı + Fotolar

azarkesler-klubun-bazasina-hucum-etdi
Oxunma sayı: 1726

Portuqaliya çempionatının son turunda səfərdə “Maritimu”ya məğlub olaraq liqanı 3-cü pillədə tamlayan “Sportinq” Çempionlar Liqasına qatılmaq şansını itirib.

“Qafqazinfo” xəbər verir ki, vəziyyəti qəbul edə bilməyən əsəbi azarkeşlər klubun bazasına hücum ediblər.

50-yə yaxın çılğın fanat bazada baş məşqçi Jorje Jezus, futbolçulardan Uilyam Karvalyo, Ruy Patrisio, Bas Dost, Rodriqo Battaqliyaya xəsarət yetiriblər. Hollandiya futbolçu Bas Dostun başı yarılıb və xəstəxanaya yerləşdirilib.

Polislər hadisə yerinə gəlmədən azarkeşlər bazanı tərk ediblər.

Klubdan bildirilib ki, bunu edənlər tapılacaq və cəzalandırılacaqlar.