Azarkeşlər meydana tennis topu atdılar - Foto

azarkesler-meydana-tennis-topu-atdilar
Oxunma sayı: 1092

Almaniya Bundesliqasının 23-cü turunda “Ayntraxt” – “Leypsiq” oyununda gözlənilməz hadisə baş verib.

“Qafqazinfo” “Deutsche Welle”yə istinadən xəbər verir ki, matçın gedişində fanatlar meydana tennis topu atıblar. Hakim oyuna fasilə verməli olub.

Nəşrin məlumatına görə, bununla azarkeşlər oyunun bazar ertəsi günü keçirilməsinə etiraz ediblər.

Qeyd edək ki, cümə axşamı Avroliqanın 1/16 mərhələsinin oyunları çərçivəsində “Leypsiq” səfər “Napoli” ilə qarşılaşmışdı. Bu səbəbdən Frankfurt  təmsilçisi ilə görüş bazar ertəsi keçirilib.