Azarkeşlər millimizin forvardına hücum çəkdilər

Azarkeşlər millimizin forvardına hücum çəkdilər
Oxunma sayı: 1455

Millimizin üzvü Dəniz Yılmazın işləri düz gətirmir. “Qafqazinfo” xəbər verir ki, “Bursaspor”da çıxış edən hücumçunun oyunu azarkeşləri qane etmir.

Türkiyə Super Liqasının son – 7-ci turunda “Kayserispor”dan alınan məğlubiyyət bursalı azarkeşləri özündən çıxarıb. Belə ki, 90 dəqiqə meydanda heç nə ilə fərqlənə bilməyən Yılmaza Kayseri hava limanında bursalı azarkeşlər hücum çəkib. Klub rəsmilərinin araya girməsindən sonra aranı sakitləşdirmək mümkün olub.   

Qeyd edək ki, ötən ilin noyabrından yığmamıza cəlb edilən Dəniz keçirdiyi 2 görüşdə fərqlənə bilməyib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi