Azarkeşlər “Neftçi”nin oyunundan narazı qaldılar

azarkesler-neftcinin-oyunundan-narazi-qaldilar
Oxunma sayı: 1299

Topaz Premyer Liqasının 17-ci turunda günün son oyunu “Bakcell Arena”da reallaşdı. Bu oyunda “Neftçi” “Zirə”ni qəbul etdi.

“Qafqazinfo” xəbər verir ki, 1-1 hesabı ilə başa çatan görüşdən sonra “Neftçi” oyunçuları azarkeşlərə təşəkkür etmək üçün tribunaya tərəf getdilər. Amma azarkeşlər futbolçuları alqışlarla yox, uğultu ilə qarşıladılar.

Bu isə o deməkdir ki, azarkeşlər “Neftçi”nin sərgilədiyi oyundan və qazandığı nəticədən razı deyillər.