Azarkeşlər Pikeni məşqi yarımçıq qoymağa məcbur etdilər

Azarkeşlər Pikeni məşqi yarımçıq qoymağa məcbur etdilər
Oxunma sayı: 2427

Pike DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlara hazırlaşan İspaniya yığmasının heyətində keçirdiyi ilk məşq zamanı azarkeşlərin böyük təzyiqi ilə üzləşib.

Məşqi izləməyə gələn fanatlar tərəfindən fitə basılan “Barselona”lı təzyiq qarşısında cəmi 23 dəqiqə tab gətirə bilib. Müdafiəçi təhlükəsizlik xidməti işçilərinin köməyi ilə meydanı tərk edib.

“Qafqazinfo” xəbər verir ki, azarkeşlərin belə davranmasına səbəb Pikenin Kataloniyanın müstəqilliyi ilə bağlı referendum günü baş tutan La Liqanın 7-ci turunun “Las Palmas”la ev oyunundan sonra söylədiyi fikirlər olub. O həmin şəhərdə baş verənlərə münasibət bildirərkən göz yaşlarını saxlaya bilməmiş, lazım gələrsə İspaniya yığmasındakı karyerasına son qoya biləcəyini söyləmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi