Azarkeşlər üçün avtobus niyə ayrılmadı?

azarkesler-ucun-avtobus-niye-ayrilmadi
Oxunma sayı: 2311

“Sabah Bakı Olimpiya Stadionunda baş tutacaq "Qarabağ" - "Atletiko" oyunu üçün xüsusi ekspress avtobuslar ayrılmasa da, agentlik ictimai nəqliyyata nəzarəti gücləndirəcək”.

Bu sözləri “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. O bildirib ki, ekspress avtobusların ayrılmamasının hər hansı bir səbəbi yoxdur:

“Bu istiqamətdə hərəkət axımı 17:00 radələrindən başlasa da, əsas sıxlıq oyundan sonra yarana bilər. Bu səbəbdən sərnişinlərin yaxınlıqdakı Koroğlu Nəqliyyatın Mübadilə Mərkəzinə tez və rahat çatdırılması üçün həmin ərazidə fəaliyyət göstərən avtobusların sayı artırılacaq. Lazımi qədər canlı qüvvə və nəqliyyat vasitəsi cəlb olunacaq ki, hər hansı bir xoşagəlməz hal baş verməsin”. 

Xatırladaq ki, ötən ay “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Roma” klubu ilk ev oyununu keçirmişdi. Həmin oyundan sonra sərnişinlərin daşınması üçün ekspress xətt nəzərdə tutulsa da, anlaşılmazlıq yaranmış və nəticədə azarkeşlər yağışın altında metroya kimi piyada getməli olmuşdu.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq.  

Günel Hacı