Azarkeşlərdən azərbaycanlı iş adamına etiraz - Türkiyədə+Video

azarkeslerden-azerbaycanli-is-adamina-etiraz
Oxunma sayı: 2380

Azərbaycanlı iş adamı Rauf İsmayılov ötən ilin may ayında Türkiyə ikinci liqasında mübarizə aparan “Darica Gənclərbirliyi” klubunu almışdı. “Qafqazinfo” xəbər verir ki, həmin vaxt klubu yüksək liqaya çıxarmaq istədiyini deyən iş adamı böyük hədəflərinin olduğun açıqlamışdı. 

Lakin hazırda adıçəkilən klubun vəziyyəti yaxşı deyil. Belə ki, futbolçuların maaşları ödənmir. Bundan əlavə klub təlim-məşq toplanışını da sona qədər davam edə bilməyib. Maddi problemlər üzündən onlar toplanışı yarımçıq tərk ediblər. 

Bundan əlavə komandanın azarkeşləri də etiraz edirlər. Onlar klubun ofisi qarşısında yığışaraq “Rauf hardasan, Allah bəlanı versin” deyə şüarlar səsləndiriblər.