Azarkeşlərdən sürpriz qərar

azarkeslerden-surpriz-qerar
Oxunma sayı: 663

“Qafqazinfo” xəbər verir ki, buna səbəb “Recep Tayyip Erdoğan” stadionunda baş tutacaq qarşılaşmada “Fənərbağça”nin azarkeşləri üçün bilet qiymətinin 80 Tl (təxmini 40 manat) olmasıdır.

Bilet üçün hədsiz çox olan bu məbləğə etiraz etmək üçün azarkeşlər bir araya toplanıb və oyuna getməkdən imtina edib. Azarkeşlər açıqlamalarında bunu haqsızlıq kimi qiymətləndirib: “Kasımpaşa tərəfdaşları bütün mövsüm oyunları üçün 150 tl (təxmini 75 manat) ödədikləri halda bir oyunun biletinin bu qədər bahalı olması əsl soyğunçuluqdur. Biz buna etiraz olaraq oyunu izləməyə getməyəcəyik. Klubumuzdan isə olanlarla bağlı azarkeşlərinə sahib çıxmağını gözləyirik”.

Azarkeşlər isə klublarına stadionda dəstək verə bilməyəcəkləri üçün bu gün “Can Bartu təsisləri”nə gedərək bu boşluğu doldurmağa çalışacaqlar.

Sevinc