“Azarkeşlərimizdən üzr istəyirəm” - Sənan Qurbanov

“Azarkeşlərimizdən üzr istəyirəm”
Oxunma sayı: 1277

““Qəbələ”yə yaraşmayan oyun oldu”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Proqres” 0:2 məğlubiyyətdən sonra mətbuat konfransında deyib.

“Səhvlərimiz var idi, amma ikinci oyunda daha yaxşı olacağını düşünürəm. Düzəlməyəcək nəsə yoxdu. Komanda şəklində ağır yükün öhdəsindən gələcəyik”.

- 0:2 hesabı ev oyunu üçün ağır nəticədi. Amma hər şey dəyişə də bilər. Səfər oyunu üçün hansı taktikanı seçəcəksiniz?

- Əgər onlar bizə iki top vurublarsa, mən sizə indi deyə bilmərəm ki, hansı taktikanı seçəcəm. İntizamlı olmağa çalışacağıq. Daha yaxşı olmaq istəyirik.

- “Qəbələ” çox ağır futbol oynadı. Sanki rəqibdən bir qədər çəkinirdiz...

- Rəqibin qapanacağını düşünürdük. Temp ağır idi. Futbolçular asan top itkilərinə yol verdilər. Çalışdıq ki, serətli oynayaq, amma alınmadı.

- İlk 45 dəqiqədə hamı gördü ki, rəqib necə oynayır. Fasilədə niyə dəyişiklik etmədiniz?

- Bu haqda danışdıq, ümidimiz var idi, gözlədik ki, nəsə dəyişər. Amma alınmayınca məcbur cinahları işə qoşduq. Bu oyun bizə növbəti matç üçün çox material verdi.

- Yeni transferlərdən elə oyunçu oldumu ki, ümidlərinizi doğrultmadı?

- Oyunçuların qısa vaxtda partlayış edəcəyini gözləmirdik. Bəzi oyunçularda top qəbulundan narazı qaldıq. Amma yoluna düşəcəyini düşünürəm.

- Oyundan öncə düzülüşə baxanda Rauf Əliyevin hücumun sivri ucunda olduğunu gördük. Amma matçın gedişində çox geri çəkilirdi. Bu taktiki gediş idi, yoxsa, yarımmüdafiəçilər çatdıra bilmirdilər?

- Rauf hücumda tək idi, arxasında isə Asif başlamışdı. Bəzən Raufun geri çəkilməsi yarmmüdafiəçilərin onun yerinə girməsi üçün idi. Amma nə dərəcədə alındı bunu video analizdə biləcəyik.

- Sanki 45 dəqiqə sonra rəqib artıq kəşfiyyatı bitirmişdi. Amma ikinci hissədə sol cinahdan hücumlarımız nisbətən kəsərli alınırdı və onlar üçün sürpriz oldu. Bunu daha əvvəl etmək olmazdımı?

- Rəqibin də boş zonaları var idi. Hücumlarımızı ordan qurmaq istəyirdik. Amma sadə top itkiləri ilə heç bir futboldan danışmaq olmaz. Buraxdığımız qollar da elementar səhvlərdən oldu. Söz verirəm ki, ikinci oyunda daha yaxşı “Qəbələ” görəcəyik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi