Azay Quliyev Ankarada

azay-quliyev-ankarada-
Oxunma sayı: 653

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatları forumunun sədri Azay Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də bu gün toplantıda iştirak etmək üçün Ankaraya yola düşüb. Tədbirdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatları forumunun regional əməkdaşlıqla bağlı təklifləri və fəaliyyət proqramı müzakirə ediləcək.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumunun təsis toplantısı 27 noyabr 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakı şəhərində keçirilib. Tədbir zamanı Forumun hüquqi bazası müəyyənləşdirilərək, Bakı Bəyannaməsi imzalanıb və Şuranın sədri Azay Quliyev Forumun sədri seçilib. Qurumun əsas məqsədi region dövlətlərinin həyata keçirdiyi böyük layihələrə ictimai dəstəyi təmin etmək, ölkələrdə vətəndaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdır.