Azay Quliyev Avropa gənclər təşkilatlarının rəhbərlərilə görüşüb

azay-quliyev-avropa-gencler-teskilatlarinin-rehberlerile-gorusub
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şura sədri Fransa, Çexiya, Böyük Britaniya, Niderland, Rusiya, Belarus, Türkiyə, Macarıstan, Ukrayna və başqa ölkələri təmsil edən gənclərə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, gələn ildən etibarən Şura xarici QHT-lərin də layihələrini maliyyələşdirmək istiqamətində ilk addımlarını atacaqdır. A. Quliyev onu da qeyd edib ki, burada məqsəd Azərbaycanla bağlı həqiqətlərin Avropa məkanına dürüst və təhrifsiz çatdırılması, habelə Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq imkanlarını genişləndirməkdir.

Daha sonra Azərbaycan Tələbələr Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin dəvətilə ölkəmizdə olan avropalı gənclər təmsil etdikləri təşkilatların Şura ilə əməkdaşlıq niyyətlərini ifadə edərək gələcək fəaliyyətin qurulması və yönəldilməsilə bağlı öz fikirlərini bölüşüblər.

Sonda A. Quliyev qonaqların çoxsaylı suallarını cavablandıraraq, gənclərin təşəbbüslərinin Şura və müvafiq digər qurumlar tərəfindən dəstəklənməsi, Dağlıq Qarabağ münaqişəsi fonunda qaçqın və məcburi köçkün gənclərin problemləri və başqa məsələlərlə bağlı açıqlamalar verib.