Azay Quliyev Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsilə görüşdü

azay-quliyev-beynelxalq-maliyye-korporasiyasinin-numayendesile-gorusdu-
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, görüşdə qanunvericilik məsələlərilə bağlı fikir mübadiləsi aparılıb. A.Quliyev Şuranın sifarişilə QHT qanunvericiliyi sahəsində hazırlanmaqda olan qanun layihələri haqda danışaraq qeyd edib ki, “Peşə cəmiyyətləri haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Korporativ sosial məsuliyyət haqqında” və “Sosial sifarişlər haqqında” qanun layihələri indi ilkin müzakirələrə hazırlıq mərhələsindədir.
Görüşdə QHT qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində Şura ilə Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə nümayəndəliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.