Azay Quliyev Müdüroğlu ilə görüşdü

azay-quliyev-muduroglu-ile-gorusdu
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, görüşdə korporativ sosial məsuliyyət proqramları çərçivəsində vətəndaş cəmiyyəti qurumlarının biznes strukturları ilə əməkdaşlığı haqqında geniş fikir mübadiləsi aparıldı. N.Nəsrullayeva-Müdüroğlu Palataya 240-dan artıq yerli və xarici biznes, kommersiya strukturunun daxil olduğunu bildirərək, qurumun fəaliyyəti haqqında məlumat verib.

A.Quliyev ölkədə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi üçün QHT-lərə dövlət dəstəyilə yanaşı özəl sektor təmsilçilərinin və biznes strukturlarının da dəstəyinin vacibliyini qeyd edib. Bu yöndə bir sıra xarici ölkələrin təcrübəsinin əhəmiyyətini vurğulayan Şura sədri Azərbaycanda da özəl sektorla ictimai sektor arasında əməkdaşlığın mümkünlüyünü və cəmiyyət üçün faydalı layihələrin həyata keçirilməsinin zəruriliyini bildirib.

Vətəndaş cəmiyyətilə biznes və kommersiya qurumlarının korporativ sosial məsuliyyət proqramları çərçivəsində əməkdaşlığının təmin olunması məqsədilə yaxın vaxtlarda bu strukturların səlahiyyətli təmsilçilərinin görüşünün keçirilməsi haqda razılıq əldə edilib.