Azay Quliyev Osman Yıldırım və Ünsal Banla görüşüb

azay-quliyev-osman-yildirim-ve-unsal-banla-gorusub
Oxunma sayı: 648

Qonaqlar Şura sədrinə Türk Hava Qurumu haqqında məlumat verərək bildirdilər ki, qeyri-hökumət təsisatı proqramları çərçivəsində fəaliyyət göstərən Qurum mülki aviasiya müəssisələri üçün müxtəlif ixtisaslar üzrə kadrlar hazırlayır, fövqəladə hadisələr sırasında yanğınların söndürülməsi məqsədilə aviaxidmətlər göstərir, şəxsi təyyarələr üçün pilot və xidmət personalının hazırlanması ilə məşğul olur. Qeyd edildi ki, səfərin məqsədi Azərbaycanda müvafiq strukturlarla tanışlıq, Qurumun Azərbaycanda şöbəsinin təsis edilməsi, habelə azərbaycanlı gənclərin Türk Hava Qurumu Universitetində təhsil alması üçün əlaqələrin yaradılmasıdır.

Azərbaycan qeyri-hökumət sektorunun qarşısında duran vəzifələr və bu yöndə Şura tərəfindən görülən işlər haqqında qonaqları məlumatlandıran Azay Quliyev Türkiyənin qeyri-hökumət sektoru ilə Azərbaycan QHT-lərinin əlaqələrinin hələ yetərincə yüksək səviyyədə olmadığını dedi. A.Quliyev iki əsrdən artıq ictimai fəaliyyət təcrübəsi olan Türkiyə vəqflərindən Azərbaycan QHT-lərinin öyrənə biləcəyi çox şeylərin olduğunu qeyd etdi.

A.Quliyev aviasiya sahəsi üzrə fəaliyyət əməkdaşlığının qeyri-hökumət təşkilatları üçün nisbətən yeni olduğunu bildirdi və Şura sədri olaraq bu yöndə işlərin irəliləməsinə öz köməyini əsirgəməyəcəyini diqqətə çatdırdı.