Azay Quliyev QDƏİT-in toplantısında iştirak edib

azay-quliyev-qdeit-in-toplantisinda-istirak-edib
Oxunma sayı: 656

“Qafqazinfo”nun məlumatına görə, tədbir çərçivəsində düzənlənən QHT Forumunda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərliyilə nümayəndə heyəti təmsil edib.

Şura sədri Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin QHT Forumunun yaradılması və bu struktur daxilində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin tənzimlənməsi təşəbbüsü ilə çıxış edib. Təklif iştirakçı dövlətlərin nümayəndələri tərəfindən bəyənilib. QHT Forumunun təsis konfransının hazırlanması Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Birliyi Parlamentlər Assambleyasında Türkiyə qrupunun rəhbəri İsmayıl Safiyə həvalə edilib.
Təsis konfransının bu il Bakıda keçirilməsi qərara alınıb.