Azay Quliyev SEDA ilə görüşdü

azay-quliyev-seda-ile-gorusdu
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, görüşdə Şura və SEDA proqramı arasında əməkdaşlıq münasibətlərinin yaradılması haqqında fikir mübadiləsi aparılıb. A. Quliyev Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu və imzalanmaq üçün hazırlanan anlaşma memorandumunda nəzərdə tutulan işlərin vətəndaş cəmiyyətinin inkişafı üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Gələcək əməkdaşlıq üçün “Vətəndaş iştirakçılığında beynəlxalq və milli təcrübə” mövzusunda konfransın birgə təşkili, SEDA layihəsinin müşahidə şurasında QHT-lərə Dövlət Dəstəyi Şurasının təmsilçiliyi və Şuranın digər təklifləri müzakirə olunub və onlara münasibət bildirilib.