“AzDrama”nın yanındakı yol niyə əyridir? - Açıqlama

azdramanin-yanindaki-yol-niye-eyridir
Oxunma sayı: 655

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Sovetski”də aparılan işlər çərçivəsində Füzuli küçəsinin davamının “Beş mərtəbə” dairəsinə birləşdirilməsi işləri yekunlaşıb. 

“Qafqazinfo” xəbər verir ki, beləliklə də “Azdrama”nın yanındakı yol sürücülərin istifadəsinə verilib. İstifadəyə verilən yolun əyri olması isə  sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yolun hansı səbəbdən düz çəkilməməsi sürücülər üçün qaranlıq qalıb. 

“Qafqazinfo” məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. O, bildirib ki, həmin yol layihə üzrə çəkilib: “Yəni, yolun  layihə üzrə trayektoriyası elədir. O yol əslində əyri deyil, sadəcə maililik var. Həmin ərazidə qurulacaq landşaftda yaşıllıq zolaqları, süni təpəciklər, yəni, xüsusi landşaft yaradılıcaq. Ona uyğun olaraq da  yol həmin şəkildə layihələndirilib. Burada qeyri –adi nəsə yoxdur. Həmin yol şəhər yoludur, magistral yol deyil k, dümdüz olsun”. 

Günel Türksoy