Azər Tağıyevin səhhəti yaxşı deyil - MSK-nın iclasına köməkçisi ilə qatıldı

azer-tagiyevin-sehheti-yaxsi-deyil
Oxunma sayı: 3738

Vəkillər Kollegiyasının eks-sədri Azər Tağıyevin səhhəti pisləşib.

“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvü olan Azər Tağıyev sərbəst yeriyə bilmədiyi üçün, bu gün iclasa bir nəfərin köməkliyi ilə qatılıb.

70 yaşlı Tağıyevin vəziyyətinin yaxşı olmadığı görünüb. 

O, “Qafqazinfo”ya açıqlamasında vəziyyətinin stabil olduğunu bildirib: "Hazırda müalicəmi davam etdirirəm. Müəyyən qaydalar var, əgər çağırılmışamsa, MSK-nın üzvü kimi iclasa qatılmalıyam". 

Tağıyev Vəkillər Kollegiyasında baş verən son dəyişiklikərə də münasibət bildirib: "42 il Vəkillər Kollegiyasının sədri işləmişəm. Orada hər şey qaydasındadır. Elə mənim rəhbərlik etdiyim dövrdə də hər şey yaxşı idi".

Xatırladaq ki, A. Tağıyev ötən ilin sentyabr ayında kollegiyadan səhhəti ilə bağlı istefa vermişdi.

O, hazırda Mərkəzi Seçki Komissiyasının üzvüdür.

Günel Türksoy