“Azerbaijan Art Festival – 2014” uğurla başa çatdı

azerbaijan-art-festival-2014-ugurla-basa-catdi
Oxunma sayı: 949




“Nar Mobile” mobil operatorunun sponsorluğu, Mədəniyyət və turizm nazirliyinin dəstəyi və Bakı Yaradıcılıq Mərkəzinin (Baku Creative Center) təşkilatçılığı ilə iyulun 2-dən 30-dək keçirilən və Azərbaycanın 10 şəhər və rayonunu əhatə edən “Azerbaijan Art Festival - 2014” incəsənət festivalı layihəsi uğurla başa çatdı. Bir aya yaxın bir müddət ərzində ölkənin müxtəlif bölgələrində keçirilən sərgilərdə gənc rəssam və heykəltəraşların əsərləri nümayiş etdirildi, o cümlədən yaradıcı potensialı olan gənclər üçün ustad dərsləri təşkil edildi.

İyul ayının 30-da Bakı Biznes Mərkəzində festivala yekun vuruldu, onun nəticələri barədə ictimaiyyətə geniş məlumat verildi.

Xatırladaq ki, ötən ilin yay aylarında “Nar Mobile” mobil operatoru və Bakı Yaradıcılıq Mərkəzi (Baku Creative Center) eyni təşəbbüslə çıxış etmiş, “Azerbaijan Art Festival” incəsənət festivalını ölkənin 11 bölgəsini əhatə edən geniş bir coğrafiyada uğurla başa vurmuşdular. Bu il də səyyah sərgilər və ustad dərslər sayəsində ölkənin şəhər və rayonlarında sadə insanların incəsənətə dair bilik və marağı artırıldı, yaradıcı potensialı olan gənclər üzə çıxarıldı, maraqlı rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdirildi.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və onların rəğbətini qazanmışdır. Mobil operator münasib danışıq tarifləri ilə yanaşı, müxtəlifliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və hər zona üzrə vahid qiymət ödənilməsini nəzərdə tutan sadə rouminq təklifləri ilə abunəçilərin etimadını doğrultmuşdur.